İdman24
Cüdo · Cüdo Federasiyası

İstanbul Avropa Kubokuna 3 medallı başlanğıc

Türkiyənin İstanbul şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb. Yarışın ilk günündə milli komandamız aktivinə 3 medal yazdırıb. Nihad Məmişov (-66 kq) bütün rəqiblərini məğlub edərək qardaş ölkədə himnimizi səsləndirib. Ayxan Mirzəzadə (-60 kq) və Sadiq İsgəndərli (-66 kq) isə beynəlxalq turniri bürünc medalla başa vurublar. Azərbaycan 1 qızıl və 2 bürünc mükafatla 27 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə ikinci pillədə qərarlaşıb.

Orijinal mənbə

İdman24 əsas səhifə