İdman24
Gimnastika · Gimnastika Federasiyası

Bir ailə, bir komanda, bir gümüş medal

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan milli komandası daha bir medala sahib olub.

Batut gimnastikası üzrə qarışıq sinxron proqramda ölkəmizi təmsil edən Selcan Mahsudova və Maqsud Mahsudov həlledici mərhələdə uğurlu çıxış nümayiş etdiriblər.

Bacı-qardaş tandemi finalda 52.010 xal toplayaraq Dünya çempionatının gümüş medalını qazanıb. Bu nəticə ilə Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda Azərbaycan gimnastika tarixində ilk dəfə Dünya çempionatının gümüş mükafatçıları sırasında yer alıblar.

Gərgin mübarizə şəraitində keçən finalda birinci yeri Belarus təmsilçiləri tutub, Yaponiya gimnastları isə bürünc medala sahib olublar.

Qeyd edək ki, gimnastlarımız Dünya çempionatında digər proqramlar üzrə də mübarizələrini davam etdirirlər.

Orijinal mənbə

İdman24 əsas səhifə