İdman24
Gimnastika · Gimnastika Federasiyası

Gimnastımız Dünya çempionatında

12–16 avqust tarixlərində Almaniyanın Frankfurt şəhərində bədii gimnastika üzrə 42-ci Dünya çempionatı keçirilir. Dünya Gimnastika Federasiyasının (World Gymnastics) təqvimində yer alan mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın gimnast iştirak edir. Çempionat Frankfurtun məşhur Festhalle arenasında təşkil olunur.

Ölkəmizi çempionatda fərdi proqramda Fidan Qurbanlı təmsil edib. Təmsilçimiz halqa, top, gürzlər və lentlə çıxış edərək çoxnövçülük üzrə ümumilikdə 75.350 xal toplayıb və yarışın yekun sıralamasında 43-cü pillədə qərarlaşıb.

Gimnastımıza gələcək yarışlarda uğurlar arzulayırıq!

Orijinal mənbə

İdman24 əsas səhifə