İdman24
Gimnastika · Gimnastika Federasiyası

Züleyxa Hacıyeva 103 yaşında vəfat edib

Azərbaycan gimnastikasının ilk tanınmış nümayəndələrindən biri, SSRİ idman ustası, Əməkdar artist, Azərbaycan idmanına öz töhfəsini vermiş Züleyxa Hacıyevanın 103 yaşında vəfat etməsi xəbəri gimnastika və idman ictimaiyyətini kədərləndirdi.

Züleyxa Hacıyeva Azərbaycan idmanı və mədəniyyətində özünəməxsus iz qoymuş görkəmli şəxsiyyətlərdən biri olub. 1941–1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olan Züleyxa Hacıyeva ölkəmizdə qadın gimnastikasının ilk inkişaf mərhələsində mühüm rol oynayıb.

Züleyxa Hacıyeva uzun illər özünəməxsus səsi ilə “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və digər verilişlərin aparıcısı kimi Azərbaycan radio məkanının tanınmış simalarından biri olub.

Züleyxa Hacıyevanın zəngin və mənalı ömür yolu gələcək nəsillər üçün bir örnək olacaq.

Azərbaycan Gimnastika Federasiyasının kollektivi Züleyxa Hacıyevanın vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir, səbir diləyir.

Orijinal mənbə

İdman24 əsas səhifə