İdman24
Gimnastika · Gimnastika Federasiyası

Gimnastlarımız Zaqrebdə keçirilən Avropa çempionatında debüt ediblər

13–23 avqust tarixlərində Xorvatiyanın Zaqreb şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçirilir. Çempionatda ölkəmizi gənclər yaş kateqoriyasında Məhəmməd Rüstəmzadə, Mahir Səlimov, İlham Salayev, Miryusif Əhmədzadə və İsgəndər Cavadzadə təmsil edirlər. Gənc gimnastlarımız ilk dəfə Avropa çempionatında iştirak edirlər. Debüt etdikləri yarışda komandamız gənclər arasında komanda hesabında 20-ci pillədə yer alıb. Paralel qollarda isə Miryusif Əhmədzadə 119 gimnast arasında 18-ci pillədə qərarlaşmağı bacarıb. Gimnastlarımıza gələcək yarışlarda uğurlar arzulayırıq!

Orijinal mənbə

İdman24 əsas səhifə