İdman24
Gimnastika · Gimnastika Federasiyası

Akrobatlarımız Dünya çempionatının finalında

24–27 sentyabr tarixlərində İtaliyanın Pezaro şəhəri akrobatika gimnastikası üzrə Dünya çempionatına ev sahibliyi edir.

Nüfuzlu yarışda ölkəmizi kişi cütlükləri – Murad Rəfiyev və Daniel Abbasov, Seymur Cəfərov və Rəsul Seyidli, eləcə də qadın qrupu – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edirlər.

Çempionatın ilk təsnifat günündə Dünya kubokunun qızıl medalçıları olan qadın qrupumuz — Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28.330 xal toplayaraq 1-ci pillədən finala yüksəliblər.

Dünya Oyunlarının gümüş medalçıları Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyümüz isə balans hərəkətləri proqramında 28.550 xal toplayıb. Təmsilçilərimiz təsnifat mərhələsini 3-cü yerdə başa vuraraq finala vəsiqə qazanıblar.

Gimnastlarımıza həlledici mübarizədə uğurlar arzulayırıq!

Orijinal mənbə

İdman24 əsas səhifə