Gimnastika · Gimnastika Federasiyası
Portuqaliyada final həyəcanı

4 və 5 iyul tarixlərində Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilir. Yarışda ölkəmizi batut gimnastikası üzrə təmsil edən Maqsud Mahsudov 60.760 xalla 8-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Tamblinq üzrə isə Mixail Malkin 59.400 xalla 2-ci, Tofiq Əliyev isə 58.100 xalla 3-cü yeri tutaraq finala yüksəliblər. Selcan Mahsudova isə təsnifat mərhələsini 13-cü pillədə başa vuraraq yarışda mübarizəsini yekunlaşdırıb.
Final mərhələsində gimnastlarımıza uğurlar arzulayırıq!