İdman24
Gimnastika · Gimnastika Federasiyası

Bədii gimnastlarımız Dünya kubokunda

19–21 iyun tarixlərində Çinin Pekin şəhərində bədii gimnastika üzrə Dünya kubokunun "Challenge" seriyası keçirilib. Yarışda Azərbaycanı qrup hərəkətləri komandası — İlona Zeynalova, Zəhra Cəfərova, Şəms Müvəffəqi, İlahə Bahadirova, Alina Məmmədova və Sofiya Məmmədova, eləcə də fərdi proqramda Fidan Qurbanlı və Kamilla Seyidzadə təmsil ediblər.

5 topla proqramda çıxış edən qrup hərəkətləri komandamız 22.550 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıb. Finalda isə gimnastlarımız 22.600 xal nəticə göstərərək yarışı 6-cı pillədə başa vurublar.

Fərdi proqramda çıxış edən Kamilla Seyidzadə gürzlərlə final mərhələsinə yüksəlib. Gimnastımız finalda 8-ci pillədə qərarlaşıb.

Orijinal mənbə

İdman24 əsas səhifə