İdman24
Cüdo · Cüdo Federasiyası

Düşənbə Böyük Dəbilqəsinin püşkatma mərasimi keçirilib

Aprelin 30-da Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib. Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq. 1-3 may tarixlərində keçiriləcək Düşənbə Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 16:00-da start götürəcək . Yarışın görüşləri "JudoTV" və "CBC Sport"dan canlı yayımlanacaq. Kişilər -60 kq, 1/8 final Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə -66 kq, 1/8 final Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan) İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan) -73 kq, 1/8 final Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə +100 kq, 1/8 final Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran) Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)

Orijinal mənbə

İdman24 əsas səhifə